Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi hesabat verib

14 Fevral 2018
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilində bölmənin elmi müəssisələrində səkkiz elmi istiqamətdə 33 problemi əhatə edən 129 mövzuda 277 mərhələdə 297 iş üzrə tədqiqatlar aparılıb, 57 mövzu üzrə 225 mərhələdə 228 iş tamamlanıb, səkkiz elmi nəticə tətbiq olunub. Bölmənin elmi müəssisələri tərəfindən üçü xaricdə olmaqla 67 kitab, altısı xaricdə olmaqla yüz monoqrafiya, 325-i xaricdə olmaqla 1.251 məqalə, 71-i xaricdə olmaqla 417 tezis nəşr edilib. Əməkdaşların impakt faktorlu jurnallarda 39 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 850-dir. Həmçinin, bölmə tərəfindən 19 respublika və 16 beynəlxalq əhəmiyyətli tədbir keçirilib.

İclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.