Azərbaycan cüdoçusu Fransada keçirilən "Böyük dəbilqə" turnirində medal qazanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan cüdoçusu Fransada keçirilən "Böyük dəbilqə" turnirində medal qazanıb

12 Fevral 2018
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

Azərbaycanın cüdo üzrə milli komandası mötəbər çempionatda bir bürünc medal qazanıb. 78 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində üçüncü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə məğlub olaraq ölkəmizə bürünc medal qazandırıb.