Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir

09 Fevral 2018
Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5°, gündüz 6-8° isti, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı - 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, fevralın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq yarada bilər.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz qərb rayonlarında tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.