"Sloveniya-2018": Azərbaycan millisi dörddəbir finalda Portuqaliya yığması ilə qarşılaşacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Sloveniya-2018": Azərbaycan millisi dörddəbir finalda Portuqaliya yığması ilə qarşılaşacaq

05 Fevral 2018
Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi fevralın 4-də "D" qrupunda sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, "Stojice Arena"da İspaniya ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.

İlk oyunda Fransa yığmasına 5:3 hesabı ilə qalib gələn millimiz mübarizəni dörddəbir final mərhələsində davam etdirəcək. Komandamızın rəqibi Portuqaliya millisi olacaq. Bu mərhələnin oyunları fevralın 6-da keçiriləcək.