UEFA-nın qərarı ilə Ukrayna-Slovakiya matçı boş tribunalar önündə oynanacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA-nın qərarı ilə Ukrayna-Slovakiya matçı boş tribunalar önündə oynanacaq

02 Fevral 2018
UEFA-nın İntizam komissiyası hələ 2015-ci il noyabrın 27-də Ukrayna yığma komandasını bir ev matçını tamaşaçısız oynamaqla cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, yığma komanda “Avro-2016”nın təsnifat mərhələsində Kiyevin “Olimpiya” stadionunda İspaniyaya qarşı matçda bannerdəki kelt xaçına görə cəzalandırılıb. Qərar qəbul olunduğu vaxtdan sonra Ukrayna UEFA-da matçlar keçirməyib. Yığma komanda bu müddətdə yalnız yoldaşlıq matçları və FIFA-nın 2018-ci il dünya çempionatı seçmə oyunlarında iştirak edib.

Ukrayna yığmasının UEFA himayəsi altında Slovakiya ilə keçirəcəyi matç bu il sentyabrın 9-da boş tribunalar önündə olacaq.