Nurlana Əliyeva: Bu gün Azərbaycan dövləti gənclərə daha böyük diqqət və qayğı göstərir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nurlana Əliyeva: Bu gün Azərbaycan dövləti gənclərə daha böyük diqqət və qayğı göstərir

01 Fevral 2018
Bakı Slavyan Universitetində (BSU) 2 fevral - Gənclər Gününə həsr olunan elmi konfrans keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Nurlana Əliyeva Gənclər Gününün yaranmasından söz açıb, ölkəmizdə bu günün bayram kimi qeyd edilməsinin ənənəvi hal aldığını söyləyib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyənləşdirdiyi prinsiplər onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində reallığa çevrilib. Bu gün Azərbaycan dövləti gənclərə daha böyük diqqət və qayğı göstərir. Gənclər Gününün ölkəmizdə bayram kimi qeyd olunması da bu diqqət və qayğının təzahürüdür.

N.Əliyeva gənclərin fəaliyyətləri ilə bu etimadı hər an doğrultduğunu və Prezident İlham Əliyevi daim dəstəklədiklərini vurğulayıb. Rektor son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, respublikamızın regionda lider dövlətə çevrilməsindən söz açıb, hər bir azərbaycanlı gəncin bu dövlətin vətəndaşı olması ilə qürur duyduğunu bildirib. Rektor gəncləri müstəqilliyimizin qorunması sahəsində üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çağırıb.

Professor Habil Məmmədov “XXI əsrin çağırışları və Azərbaycan gəncliyi”, magistratura şöbəsinin ikinci kurs tələbəsi Natiq Nəsirov “Azərbaycan dövlətinin gənclər siyasəti”, tələbələr Emin Şeydayev, Vaqif Yəhyalı “Gənclər bizim gələcəyimizdir”, “BSU-nun gənclər siyasətinə verdiyi töhfələr ” mövzularında çıxış ediblər.

Sonra Belarusda keçirilən “53-cü Beynəlxalq Ulduz yürüşü”ndə iştirak etmiş tələbələrin hesabatı dinlənilib.