Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Akkreditasiya Mərkəzi 87 uyğunluğun qiymətləndirilməsi orqanını akkreditasiya edib

12 Yanvar 2018
Ötən il Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 87 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 63-ü laboratoriya, 7-si oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması, 1-i halal məhsulların sertifikatlaşdırılması, 3-ü keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması, 10-u isə inspeksiya xidməti göstərən orqanlardır.

Həmçinin nəzərə çatdırılıb ki, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 2017-ci il ərzində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları tərəfindən 7835 uyğunluq sertifikatı verilib.