Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Latsio”nun hücumçusu “Qızıl buts” yarışında liderliyə yüksəlib

08 Yanvar 2018
“Qızıl buts” yarışında “Latsio”nun hücumçusu Çiro İmmobile liderliyi ələ keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçu İtaliya “A” seriyasının 10-cu turunda “Spal” ilə səfər matçında “poker” edərək qollarının sayını 20-yə çatdırıb.

Beləliklə, cari mövsüm ölkə birinciliklərində ən çox qol vuran futbolçu ünvanına yiyələnən İmmobilenin aktivində 40 xal var. Onu 19 qolla PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani izləyir. Harri Keyn (“Tottenhem”) və Mauro İkardinin (“İnter”) isə aktivində 18 top var.

Ötən mövsümün qalibi Lionel Messi hələlik 16 qolla 32 xal toplayıb.