Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Eleanor qasırğası Fransada nəqliyyatı iflic edib

03 Yanvar 2018
Dünən axşam Fransanın qərb sahillərinə çatan Eleanor qasırğası saatda 120 kilometr sürətlə ölkənin şərqinə doğru irəliləyir. Bəzən qasırğanın sürəti saatda 134 kilometrə çatıb.

Ölkənin bir çox istiqamətlərində sürət qatarlarının hərəkəti, eləcə də hava limanlarında təyyarələrin uçuşları dayandırılıb. Eyfel qülləsi bağlanıb. Yerli mətbuat ölkənin 51 departamentində 200 min evin elektriksiz qaldığını bildirir.

 

AZƏRTAC