Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İran-İraq sərhədində növbəti zəlzələ

14 Noyabr 2017
İran- İraq sərhədində 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 11 km şimalda, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində 450-ə yaxın adam ölüb, 2 minə yaxın insan xəsarət alıb.