Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Barselona” klubu üç futbolçusunu transferə çıxarıb

13 Noyabr 2017
“Barselona” klubu üç futbolçusunu transferə çıxarıb.

AZƏRTAC xəbər verir ki, “Liverpul”dan Filipe Koutinyo və “Ayaks”dan Matyes de Liqti heyətinə cəlb etmək üçün “Barselona” Arda Turan, Rafinya və Denis Suaresi satmağı planlaşdırır.

Hər üç futbolçu əsas heyətdə yetərincə şans qazanmır və mövsümün sonunda komandadan göndəriləcəklər.

Qeyd edək ki, Arda Turan 2015-ci ildən “Barselona”da çıxış edir. Onun adı son zamanlar daha çox “Qalatasaray”la hallanır.