Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pakistanlı 14 yaşlı yeniyetmə başını 180 dərəcə arxaya çevirə bilir

09 Noyabr 2017
Pakistanın Kəraçi şəhərində yaşayan 14 yaşlı yeniyetmə Məhəmməd Samir əllərinin köməyi ilə başını 180 dərəcə arxaya çevirə bilir.

Yerli mətbuatın verdiyi məlumata görə, bu istedad onda anadangəlmə deyil, məşq nəticəsində əldə olunub. Onun altı yaşı olanda Hollivud filmində aktyorun başını arxaya çevirdiyini gördükdən sonra bu fikrə düşüb və müntəzəm məşqlər nəticəsində bir neçə aydan sonra məqsədinə çatıb.

Məlumatda deyilir ki, atası xəstələndikdən sonra oğlan məktəbi atıb və pul qazanmaq, ailəsinə kömək etmək üçün rəqs dərnəyinə yazılıb.

 

AZƏRTAC