Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya “Eurovision”a qayıdacaq

08 Noyabr 2017
Rusiya Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək. Bu barədə müsabiqənin təşkilatçıları məlumat vermişlər.

Məlumatda deyilir ki, “Rusiya birillik fasilədən sonra müsabiqədə iştirak edəcək”. “Eurovision-2018”ə 42 ölkənin nümayəndələri qatılacaqlar.

Portuqaliya müğənni Salvador Sobral “Eurovision-2017”də qalib gəldikdən sonra 2018-ci ildə müsabiqəni qəbul etmək hüququ qazanmışdır. “Eurovision-2018”in ilk yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə mayın 12-də keçiriləcək.

Bu ilin iyulunda Yuliya Samoylova Rusiyanı “Eurovision-2018”də təmsil etmək arzusunda olduğunu bildirmişdir. O, ötən il Kiyevdə keçirilmiş müsabiqəyə qatılmalı idi, lakin Ukrayna Təhlükəsizlik Xidməti Samoylovanın ölkəyə gəlişini qadağan etmişdi.