Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraqda İŞİD-in 40 üzvü öldürülüb

10 Oktyabr 2017
İraq ordusu İŞİD terror təşkilatının Kərkükün Havicə bölgəsində gizlənən 40 üzvünü məhv edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Havicə bölgəsinin İŞİD-dən azad edilməsinə baxmayaraq, təhlükə hələ də sovuşmayıb. İŞİD-in bəzi üzvlərinin qəsəbə və kəndlərdə gizləndiklərinə görə bölgədə əməliyyat tədbirləri davam etdirilir.