Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniya iqtisadiyyatında rekord artım qeydə alınıb

09 Oktyabr 2017
Cari ilin avqust ayında Almaniyada sənaye məhsulları istehsalının həcmi əvvəlki ayla müqayisədə 2,6 faiz artıb. AZƏRTAC AFR İqtisadiyyat və Energetika Nazirliyinə istinadla bildirir ki, son 6 ildə ən yüksək göstərici sayılan bu artım analitiklərin proqnozlarını xeyli üstələyir. “Reuters” agentliyi qeyd edir ki, iyul ayında sənaye məhsulları istehsalının həcmi 0,7 faiz azalandan sonra analitiklər gözləyirdilər ki, avqustda artım cəmi 0,7 faiz ola bilər.

Avqust ayında sənaye müəssisələrində istehsalın həcmi 3,2 faiz artıb. Belə ciddi artımın bir səbəbi ondan ibarətdir ki, bu il avtomobil istehsalçılarının yay tətillərinin çox hissəsi avqust ayına deyil, iyul ayına düşüb.

İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, yayın son ayında avtomobil müəssisələri xüsusilə fərqlənərək istehsalın həcmini 10,8 faiz artırıblar, tikinti firmalarında isə əksinə, istehsalın həcmi 1,2 faiz azalıb.

Əlverişli işgüzar ab-hava və sifarişlərin daxil olmasında müsbət meyillər sənayedə yaxşı konyunkturun davam edəcəyindən xəbər verir.

 

AZƏRTAC