Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hicran Hüseynova: Azərbaycan elmində qadınların sayının artması uğurumuzdur

09 Oktyabr 2017
Azərbaycan elmində qadınların sayının ildən-ilə artması bizim böyük uğurumuzdur.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oktyabrın 9-da Bakı Dövlət Universitetində “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

Komitə sədri bildirib ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb seçdiyi deputatdır. Bu fəallıq ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. İnanırıq ki, Azərbaycanın alim qadınlarının fəallığı gündən-günə daha da artacaq, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksələcək.