Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan cüdoçuları Daşkənd Qran-prisində daha iki medal qazanıblar

08 Oktyabr 2017
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz aktivinə daha iki medal yazdırıb.

Yarışda ölkəmizi təmsil edən Telman Vəliyev (73 kq) və Fəqan Quluzadə (81 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.

Turnirin ilk günündə Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.