Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Robot Olimpiadasının seçim yarışı istedadlı gənclərimizin üzə çıxarılması baxımından önəmlidir

08 Oktyabr 2017
Bu gün Azərbaycanda ilk dəfə olaraq Dünya Robot Olimpiadasının seçim yarışı keçirilir. Əsas mövzusu ətraf mühit problemlərinin həlli olan yarışda 25 komanda öz qüvvəsini sınayacaq, müxtəlif təkliflərlə çıxış edəcək. Qalib komanda noyabr ayında Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında ölkəmizi təmsil edəcək. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, elmə həvəsləndirilməsi istiqamətində reallaşdırılan bu cür layihələr ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini bu layihənin reallaşdırılmasında “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının gördüyü işləri qeyd edib. Bildirib ki, istedadlı gənclərin müəyyən olunması üçün münsiflər heyətinin üzvü kimi Yaponiyadan beynəlxalq mütəxəssis də cəlb edilib.