Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bağdad Türkiyə və İranı Kürdüstan regional vilayəti ilə sərhədlərini bağlamağa çağırıb

07 Oktyabr 2017
İraqın Xarici İşlər Nazirliyi Türkiyə və İran hökumətlərinə Kürdüstan regional vilayəti ilə nəzarət-buraxılış məntəqələrini bağlamaq və neft ticarəti ilə bağlı əməliyyatları məhdudlaşdırmaq çağırışı ilə müraciət edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, XİN-in müraciətində İraq hökumətinin Türkiyə və İranla ikitərəfli əməkdaşlıq və müştərək təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün mehriban qonşuluq, İraqın suverenliyinə hörmət çərçivəsində əməkdaşlıq etdiyi vurğulanır.

Xatırladaq ki, sentyabrın 25-də İraqın Kürdüstan regional vilayətində müstəqillik barədə referendum keçirilib. Rəsmi Bağdad referendumu qanunsuz hesab edib və səsvermənin nəticələri barədə regional hökumətlə danışıqlar aparılmayacağını bildirib. Eyni zamanda, qonşu dövlətlər – Türkiyə, İran, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb.

Qanunsuz sayılan referendumdan sonra, sentyabrın 26-da İraq hökuməti vilayətin Ərbil və Süleymaniyə şəhərlərinin hava limanlarından bütün beynəlxalq uçuşlar dayandırılıb.