Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu maarifləndirici tədbirlərini davam etdirir

06 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maarifləndirmə tədbirlərinə uyğun olaraq Bakı Humanitar Kollecində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti” mövzusunda mühazirə keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva mühazirə zamanı “Dövlət dili haqqında” Qanunun və "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın mahiyyəti barədə ətraflı məlumat verib.

Fondun digər tədbiri Nardaran Bilik Evinin təşkilatçılığı ilə Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilib. Nardaran Bilik Evində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Azərbaycan muğam sənəti tarixdən bu günə” mövzusunda mühazirə deyib. Tədbirdə Bilik Evinin müdiri, Milli Məclisin deputatı Dilarə Cəbrayılova da iştirak edib.