Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Firefox” brauzeri “Windows”un köhnə versiyalarını dəstəkləməyi dayandırır

06 Oktyabr 2017
“Mozilla” şirkəti “Windows XP” və “Windows Vista” əməliyyat sistemlərinin dəstəyini dayandırır.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, bundan əvvəl “Google” və “Microsoft” şirkətləri “Windows XP” və “Windows Vista” sistemlərinin dəstəyini dayandırdığı zaman “Mozilla” şirkətinin “Firefox” brauzeri həmin əməliyyat sistemlərini dəstəkləyirdi. Şirkət son bəyanatında bildirmişdi ki, “Windows”un köhnə versiyalarının dəstəyi 2018-ci ilin iyununda dayandırılacaq. Bundan sonra “Windows XP” və “Vista” sistemlərindən istifadə edən kompüter sahiblərinə “Firefox” brauzerindən istifadə etmək tövsiyə edilmir, çünki dəstək almayan versiyalar müxtəlif boşluqlara malik ola bilər.