Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Rusiya-Ukrayna sərhədində sülhməramlıların yerləşdirilməsini dəstəklədi

14 Sentyabr 2017
BMT-nin sülhməramlı qüvvələrinin Ukraynanın şərqində yerləşdirilməsi ölkə vətəndaşlarının müdafiəsi, habelə Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpası üçün mümkün vasitə ola bilər. Bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert məlumat vermişdir.

Onun dediyinə görə, sülhməramlılar eyni azmanda Ukraynanın işğal olunmuş bütün ərazilərində təhlükəsizliyin təminatı üçün geniş mandat almalıdırlar. Bundan əlavə, onları Rusiya ilə sərhəddə də yerləşdirmək lazımdır.

Bundan əvvəl Rusiya və Ukrayna Donbasda sülhməramlı missiyanın yerləşdirilməsi üçün BMT qətnaməsinin müxtəlif layihələrini hazırlamışdılar. Moskva münaqişə zonasında ancaq ATƏT müşahidəçilərinin təhlükəsizliyinin təmin olunması üçün regiona azı 6 ay müddətinə “mavi dəbilqəlilər”in göndərilməsini təklif etmişdi.

Ukrayna layihəsində isə deyilir ki, Rusiya sülhməramlı missiyada iştirak edə bilməz, “mavi dəbilqəlilər” isə bütün münaqişə zonası boyu, o cümlədən Ukrayna-Rusiya sərhədində yerləşdirilməlidir.