Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çeçenistan Hələb məscidinin bərpasına 14 milyon dollar ayırdı

13 Sentyabr 2017
Çeçenistanda fəaliyyət göstərən Əhməd Qədirov Fondu Suriyanın Hələb şəhərinin dörd il əvvəl dağılmış baş məscidinin bərpasına 14 milyon dollar vəsait ayırmışdır. Bu barədə şəhərin müftisi, doktor Mahmud Əkkama istinadən “RİA Novosti” agentliyi xəbər verir.

Əkkamın dediyinə görə, bu məqsədlə vəsait ayırmağı Çeçenistan Respublikasının başçısı Ramzan Qədirov təklif etmişdir. Müfti qeyd etmişdir ki, digər fondlar və ya təşkilatlar, o cümlədən UNESCO yardım təklif etməmişdir. Əkkam dəqiqləşdirmişdir ki, bu məbləğ məscidin bərpasına kifayətdir, hərçənd Qədirov əlavə vəsait ayırmağa hazırdır.

Hələb Böyük Məscidi, yaxud Əməvilər Məscidi UNESCO-nun ümumdünya irsi siyahısına daxildir. Məscid 715-ci ildə inşa edilmişdir. Məbəd Suriyanın ikinci böyük şəhərinin tarixi abidələri arasında inci sayılır.