Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

09 Sentyabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində iştirak etmək üçün sentyabrın 9-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşıladılar.