Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ bu ay Koreya Respublikası ilə birlikdə hərbi təlimlər keçirəcək

12 Avgust 2017
ABŞ Müdafiə Nazirliyi avqustun 21-də Koreya Respublikası ilə birlikdə hərbi təlimlər keçiriləcəyini elan edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu elanın Şimali Koreyanın kəskin reaksiyasına səbəb olacağı gözlənilir.

Pentaqonun rəsmi nümayəndəsinin bildirdiyinə görə, “Ulchi-Freedom Guardian” adlanan hərbi təlimlərə artıq hazırlıq işlərinə başlanılıb.

Ümumilikdə 11 gün davam edəcək təlimlərdə 17 min 500 ABŞ hərbçisinin iştirak edəcəyi gözlənilir.

İki ölkənin hərbi hissələrinin əsasən Şimali Koreya tərəfindən fövqəladə vəziyyət yaranacağı təqdirdə birgə komanda və idarəetmənin kompüter modeli üzərində çalışacaqları bildirilir.

 

AZƏRTAC