Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İpoteka kreditini “Elektron hökumət” portalı vasitəsilə almaq olacaq

12 Avgust 2017
 

Artıq “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs “Elektron hökumət” portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər.

Fonddan verilən məlumata görə, ipoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə (“Elektron imza” və “ASAN imza”) mümkün olacaq. Bu, əsasən, vətəndaşa lazımi sənədləri real vaxt rejimində imzalamasına şərait yaradılmasını, ipoteka krediti üzrə müraciət zamanı aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini, məlumatların mühafizəsini təmin edir.

“Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin istifadəyə verilməsi əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi ilə yanaşı, məlumatların real vaxt rejimində emalını, onların düzgünlüyü və təhlükəsizliyini təmin edir.