Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qarabağ” komandasının Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi oyunların tarixləri müəyyənləşib

04 Avgust 2017
“Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu “Kopenhagen” klubu ilə keçirəcəyi oyunların tarixləri müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu komandalar arasında ilk görüş avqustun 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab matçı isə avqustun 23-də Kopenhagen şəhərindəki “Telia Parken” stadionunda oynanılacaq.