Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən

06 İyul 2017

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə xoş arzularımla birgə rifah və sülh diləyirəm.

Mən Bakıda bizim son görüşümüzü və fikir mübadilələrimizi çox yaxşı xatırlayıram. Mən Latviya ilə Azərbaycan arasında intensiv inkişafı və dostluq əlaqələrini görməkdən məmnunam. Sizi iyul ayında Riqada görməyə ümid edirəm.

Zati-aliləri, xahiş edirəm, Latviya xalqı adından və şəxsən öz adımdan ən yüksək ehtiramımı qəbul edin.

 

Hörmətlə,

Raymonds Veyonis

Latviya Respublikasının Prezidenti