Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beş ayda Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 5,6 faiz artıb

03 İyun 2017
Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 5,6 faiz artım olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Turizm Milli Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib.

Qeyd edək ki, bu ilin yanvarından may ayınadək Gürcüstanı 2,3 milyon xarici vətəndaş ziyarət edib. Onlardan 981,6 mini turistdir.