Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkidə əhalinin 95 faizindən çoxu pulsuz tibbi müayinə olunub

17 May 2017
Prezident İlham Əliyevin göstərişinə əsasən keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinə aksiyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu nəcib aksiya Şəki rayonunda uğurla yekunlaşıb. Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Knyaz Məmmədovun verdiyi məlumata görə, üç ay davam edən müayinə tədbirləri zamanı 84 min əhalidən 80,5 min nəfəri həkim baxışından keçib. Bu, rayon əhalisinin 95,5 faizinin pulsuz tibbi müayinədən yararlanması deməkdir. Müayinələr zamanı 3500 nəfərin sağlamlığında müəyyən problemlərin olduğu aşkar edilib. Şikayətlər əsasən ürək-damar, tənəffüs sistemi, endokrinoloji və oftalmoloji xəstəliklərlə əlaqədar olub.

Müayinə tədbirləri başa çatsa da, bağça və məktəblərdə uşaqların icbari dispanzerizasiyası davam etdirilir.