Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əhmədinejad prezident seçkilərinə buraxılmadı

21 Aprel 2017
İranın eks-prezidenti Mahmud Əhmədinejad gələn ay keçiriləcək prezident seçkilərinə qatılmayacaq. Bu qərarı Müşahidə Şurası qəbul etmişdir.

Bundan əvvəl Əhmədinejad bildirmişdi ki, İranın ali lideri, ayətulla Əli Xameneinin razılığı olmadığı üçün namizədliyini irəli sürməyəcək. Lakin sonradan eks-prezident qəflətən qərarını dəyişmiş və aprelin 12-də Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmişdir. Ali liderin iradəsinin əksinə hərəkət edən Əhmədinejadın uğur qazanmaq imkanı çox az idi, çünki Müşahidə Şurası üzvlərinin yarısını Xamenei təyin edir.

Beləliklə, seçkilərdə 6 namizəd, o cümlədən 2013-cü ildən bəri bu vəzifəni tutan hazırkı Prezident Həsən Ruhanı iştirak edəcək. Seçkilər mayın 19-da keçiriləcək.

Xatırladaq ki, Əhmədinejad 2005-2013-cü illərdə İranın Prezidenti olmuşdur.