Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

21 Aprel 2017
 

Aprelin 21-də Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə və aerokosmik sənaye nazirinin müavini Arman Ramazanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrində olub və istehsal prosesinə baxıblar.