Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bank və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər 15878,6 milyon manat təşkil edib

21 Aprel 2017
 

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə bank və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq milli valyuta ekvivalentində 15878,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 12524,5 milyon manatı və ya 78,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 27,2 faizi dövlət, 69,9 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,8 faizini təşkil edib.