Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə millisinin “Bakı-2017” üçün heyəti açıqlandı

21 Aprel 2017
 

Mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Türkiyə millisinin heyəti açıqlanıb. Türkiyəlilər  Bakıya gənclərdən ibarət komanda ilə gələcəklər.

Komandanın məşqçilər korpusu  14 oyunçuya dəvət göndərib. Bunlar Ada German, Nursevil Aydınlar  (hər ikisi “Qalatasaray”), Arelya Karasoy, Melike Yılmaz, Rida Ərlaləlitəpə (hər üçü “Sarıyer Bld”), Hümay Topaloğlu, Bihter Dumanoğlu (hər ikisi “Beşiktaş”), Buse Melis Kaya, Janset Cemre (hər ikisi “Nilüfer Bld”), Gizem Mısra Aşçı (“Əczaçıbaşı”), Hande Naz Şimşək (Halkbank), Meliha İsmayıloğlu (“Fənərbaxça”), Mislina Kılıç və Su Zentdi (hər ikisi Bəylikdüzü Voleybol İxtisas Klubu).

Onu da qeyd edək ki, komanda əsas baş məşqçi Covanni Quidettinin rəhbərliyi altında oynamayacaq. Türkiyə millisini ölkəmizə “Qalatasaray”ın köməkçi məşqçisi Cihan Çintay gətirəcək.

Xatırladaq ki, “Bakı-2017”də  Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan yığmaları mübarizə aparacaqlar.