Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı-2017”nin futbol yarışında Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

20 Aprel 2017
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, “A” qrupunda yer alan milli komandamız ilk matçını mayın 8-də “Bayıl Arena”da Kamerun yığması ilə keçirəcək. Futbolçularımız mayın 11-də həmin stadionda Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaqlar.