Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şamaxıda 45 min 687 nəfər pulsuz tibbi müayinə olunub

11 Aprel 2017
Əhalinin kütləvi pulsuz tibbi müayinəsi Şamaxı rayonunda da uğurla davam edir.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, əhalinin dispanserizasiyası 28 yaşayış məntəqəsində, 157 təşkilat və kollektivdə başa çatıb. Bu günədək 18 yaşdan yuxarı 70 min 414 nəfər sakindən 45 min 687 nəfəri tibbi müayinədən keçib. Müayinə olunanların 4028 nəfəri ambulator, 294 nəfəri stasionar müalicəyə cəlb olunub. 212 nəfərdə cərrahiyyə əməliyyatı aparılıb, 175 nəfər müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu humanist aksiya xüsusi komissiyanın nəzarəti altında qabaqcadan tərtib olunan qrafik əsasında davam edir. Tibbi müayinə rayon mərkəzi xəstəxanasında, xəstəxananın poliklinika şöbəsində, Şamaxı Diaqnostika Mərkəzində, Göylər kənd sahə xəstəxanasında, Sabir qəsəbə, Çöl Bağırlı, Çarhan, Mədrəsə, Mirikənd, Çuxuryurd, Qızmeydan, Həmyəli həkim məntəqələrində aparılır. Əlil və ahıl insanların dispanserizasiyası isə səyyar həkim briqadası tərəfindən evlərdə həyata keçirilir.