Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dmitri Kumsişvili: Gürcüstan ilə Azərbaycan regionda birgə irimiqyaslı iqtisadi layihələr həyata keçirir

20 Mart 2017
Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır. Biz bu tərəfdaşlığın inkişaflında və daha da möhkəmlənməsində maraqlıyıq.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili söyləyib.

Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan regionda bir sıra irimiqyaslı iqtisadi layihələr həyata keçirir. Bir neçə layihə üzərində də işlər gedir. Bu layihələr hər iki ölkənin, eləcə də regionun və bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq.

“Çalışırıq ki, bizə daha böyük uğurlar qazanmağa imkan yaradacaq bu layihələrə daha çox ölkələr cəlb edək”, - deyə Dmitri Kumsişvili vurğulayıb.

 

AZƏRTAC