Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təsviri sənət istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanında iştirak etmək istəyənlərin nəzərinə!

18 Mart 2017
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) martın 28-29-da saat 10.00-dan 14.00-dək akademiyanın yeni tədris binasında abituriyentlər üçün məsləhət saatları keçirəcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məsləhət saatlarına təsviri sənət istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanında iştirak etmək istəyənlər qatıla bilərlər.

Maraqlananlar ADRA-nın Bakı şəhəri, Heydər Əliyev prospekti, 24 ünvanında yerləşən tədris binasına müraciət edə bilərlər.