Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu il Azərbaycanda 6,3 milyon ton neft və 4,7 milyard kubmetr qaz hasil olunub

17 Mart 2017
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyon 353,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 4 milyard 737,4 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 3 milyard 257,5 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il ölkədə neft hasilatı 7,3 faiz azalıb, qaz hasilatı isə 5,3 faiz artıb. Yanvar-fevral aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 4,7 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 5 faiz azalıb.