Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanlı taekvandoçular Niderlandda keçirilən beynəlxalq turnirdə beş medal qazanıblar

12 Mart 2017
Böyüklərdən və gənclərdən ibarət taekvando üzrə Azərbaycanın yığma komandasının üzvləri Niderlandda keçirilən açıq birincilikdə uğurlu çıxış ediblər. Eyndhoven şəhərində təşkil edilən “Dutch Open” beynəlxalq turnirinin ilk günündə idmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, yarışda böyüklərdən ibarət yığmamızın idmançıları - 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov və Fəridə Əzizova (67 kq) qarşılaşdıqları bütün rəqibləri yarışdan kənarlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Tağızadənin (68 kq) isə yarımfinal döyüşü məğlubiyyətlə başa çatıb. O, yarışı bürünc medalla başa vurub.

Gənc yığmamızın üzvlərindən Ayaz Qənbərli (51 kq) həlledici final döyüşündə məğlub olaraq gümüş medala layiq görülüb. Onun komanda yoldaşı Cavad Ağayevin (63 kq) isə yarımfinal rəqibi keçilməz olub. C.Ağayev turnirdə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, “G1” kateqoriyalı yarışın qalibi olan taekvandoçular öz reytinq xalına 10 xal əlavə etmiş olur.