Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkdilli xalqlarla slavyan xalqları arasında “Sodrujestvo” Xeyriyyə Əməkdaşlıq Fondunun prezidenti Mirkazım Seyidovdan

11 Mart 2017
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Çox hörmətli Mehriban xanım.

Novosibirsk vilayətinin Azərbaycan diasporu, Türkdilli xalqlarla slavyan xalqları arasında “Sodrujestvo” Xeyriyyə Əməkdaşlıq Fondu adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin tükənməz enerjiniz, məqsədyönlü fəaliyyətiniz, xalq arasında böyük şəxsi nüfuzunuz, şübhəsiz ki, bu yüksək təyinatın əsas səbəbləri olub.

Həmvətənlərimin çoxu kimi, mən də Sizə - Vətənin patriotuna, nüfuzlu rəhbərə, öz işinin əsl peşəkarına səmimi rəğbət və hörmət bəsləyirəm. Sizin qarşıya qoyulmuş məqsədlərə doğru necə əzmlə və fədakarcasına irəlilədiyinizi, Azərbaycan vətəndaşlarının yaxşılığa doğru dəyişiklikləri hiss etmələri, sülh, həmrəylik və rifah şəraitində yaşamaları, onların gələcəyinin, habelə uşaqlarının və nəvələrinin gələcəyinin sabit, rahat və xoşbəxt olacağına inanmaları üçün çox iş gördüyünüzü müşahidə edirik.

Məqsədyönlü fəaliyyətiniz, Azərbaycanın və Azərbaycan xalqının inkişafına yönəlmiş səyləriniz bütün dünyada Sizin şəxsiyyətinizə dərin hörmət və nüfuz qazandırır. Bu, tam əminlik yaradır ki, Siz yeni vəzifənizdə də Prezident İlham Əliyevin daxili və xarici siyasətinə öz töhfənizi verəcəksiniz. Sibirdə yaşayan minlərlə azərbaycanlının adından demək istəyirəm ki, Siz bütün dünyada öz xalqınızın görkəmli nümayəndəsisiniz. UNESCO-da, ISESCO-da, BMT-də, çoxsaylı dövlətlərdə Sizi yaxşı tanıyırlar. Sizin məşhurluğunuz milli Azərbaycan mədəniyyətinin əhəmiyyətini dərindən bilməyinizə, müxtəlif mədəniyyətlərin və ənənələrin həmrəyliyinə, insanın, ailənin və xalqın baza dəyərlərini anlamaqla bir-birini zənginləşdirməyə kömək etməsi üçün çox səmimi və uğurlu qayğınıza əsaslanır.

Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında Sizin xüsusi rolunuz var. İki ölkənin əməkdaşlığının iqtisadi istiqamətlərdə uğurları dərin dostluq, insanlıq münasibətlərinin formalaşması ilə təmin olunur və Siz bu prosesin memarlarından birisiniz.

Siz müdrik, istedadlı, heyrətamiz dərəcədə güclü şəxsiyyətsiniz. Siz təcrübəli dövlət xadimi, qayğıkeş ana, Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun layiqli rəhbərisiniz. Sizin rəhbərliyinizlə birinci Avropa Oyunları və “Eurovision” mahnı müsabiqəsi tamamilə parlaq səviyyədə keçirildi.

Möhtərəm Mehriban xanım. Biz fəxr edirik ki, vətənimiz Azərbaycanda Sizin kimi görkəmli dövlət xadimi çalışır. Vətənini sevmək və onunla fəxr etmək həm də ona görə böyük şərəfdir ki, bizim Mehriban Əliyeva kimi birinci xanımımız və indən belə ölkənin Birinci vitse-prezidenti var.

Sizin adınızın mənası rus dilinə tərcümədə “səmimi, xeyirxah, şəfqətli, mərhəmətli” deməkdir. Məhz bu sözün məna çalarları Azərbaycan ilə Rusiya və iki ölkənin xalqları arasında çoxəsrlik qarşılıqlı dostluq əlaqələrinin səviyyəsini və ruhunu çox yaxşı səciyyələndirir və əks etdirir.

Sizin qeyri-adi rəhbər istedadınız, zəngin idarəçilik təcrübəniz, başladığınız hər bir işdə əməli surətdə sübut olunmuş ictimai-siyasi xadim vərdişləriniz Sizin qarşıya qoyduğunuz məsələlərin həllinə yanaşmaların yüksək peşəkarlıq və məsuliyyət səviyyəsində təzahür edir. Sizin rəhbərliyinizlə istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda həyata keçirilən çoxsaylı layihələr əhalinin maddi rifahının yüksəlməsinə və dünya arenasında Azərbaycanın imicinin daha da möhkəmlənməsinə xidmət edir.

Yuxarıda deyilənlər həqiqi vətənpərvərliyin, yüksək mənəvi ruhun və güclü iradi keyfiyyətlərin ən parlaq nümunəsidir. Sizin əməyiniz, gördüyünüz xeyirxah işlər dünyanın müxtəlif ölkələrinin çoxsaylı yüksək dövlət təltifləri ilə, ən başlıcası – planetdə milyonlarla insanın məhəbbəti və sevgisi ilə qeyd olunur.

Sizin uğurlu nailiyyətlərinizin miqyası onları Azərbaycanın uğurları kimi qəbul etməyə tam əsas verir və buna görə də hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq haqlı qürur hissi keçirir.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunu məqsədyönlü və ardıcıl şəkildə davam etdirirsiniz.

Biz əminik ki, Siz Birinci vitse-prezident vəzifəsində Azərbaycanın davamlı inkişafını təmin etməyə, respublikada yaşayan xalqların həyat şəraitini daha da yaxşılaşdırmağa, həmçinin beynəlxalq arenada ölkənin nüfuzunu qat-qat artırmağa nail olacaqsınız.

Biz səmimi qəlbdən ümid edirik ki, Türkdilli xalqlarla slavyan xalqları arasında “Sodrujestvo” Xeyriyyə Əməkdaşlıq Fondu yeni vəzifədə görəcəyiniz çoxsaylı işlərdə və təşəbbüslərdə Sizin fəal yardımçınız olacaq.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, gümrahlıq, nikbinlik, xoşbəxtlik, əmin-amanlıq və ailə firavanlığı arzu edirəm.

Dərin hörmətlə,

 

Mirkazım Seyidov

Türkdilli xalqlarla slavyan xalqları arasında “Sodrujestvo”
Xeyriyyə Əməkdaşlıq Fondunun prezidenti