Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tovuzda 32 mindən çox sakin kütləvi pulsuz tibbi müayinədən yararlanıb

11 Mart 2017
Dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda əhalinin növbəti kütləvi pulsuz tibbi müayinə aksiyalarına başlanan gündən - fevralın 15-dən indiyədək Tovuzda 32 min 914 sakin müayinə olunub. Onlardan 1925 nəfəri ambulator, 18 nəfəri stasionar müalicəyə cəlb edilib. Rayon sakinlərindən 12 nəfəri isə müalicələrini davam etdirmək üçün Bakının ixtisaslaşdırılmış xəstəxanalarına göndərilib.

Bu barədə AZƏRTAC-a rayon poliklinikasının müdiri Zahid Ələsgərov məlumat verib. O bildirib ki, ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Tovuz rayonunda da uğurla davam etdirilir.

“İxtisaslı həkim briqadaları tərəfindən rayonun ucqar dağ kəndlərində də əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında çalışan işçilər isə qrafik əsasında müayinə olunurlar”, - deyə Z.Ələsgərov deyib.