Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzçi Demokratlar İnternasionalı ilə YAP arasında əməkdaşlıq möhkəmlənir

08 Fevral 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonu qəbul edib.

Vitse-prezident Mario David Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və qurumun icraçı katibi Antonio Lopez-İsturizin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın və icraçı katib Antonio Lopez-İsturizin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını qurumun prezidentinə və icraçı katibinə çatdırmağı xahiş etdi.

 

AZƏRTAC