Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çarlstonlu qatilə edam cəzası

11 Yanvar 2017
ABŞ məhkəməsi Cənubi Karolina ştatının Çarlston şəhərinin kilsəsində 9 nəfəri öldürmüş 23 yaşlı Dilann Rufu ölün hökmünə məhkum etmişdir. Bu barədə DPA agentliyi xəbər verir.

2015-ci ilin iyununda Dilann Ruf əsasən afroamerikalıların ziyarət etdikləri Çarlston kilsəsinə soxulub möminlərə tapançadan 70 dəfədən çox atəş açmışdır. Silahlı hücum nəticəsində 6 qadın və 3 kişi, o cümlədən yerli keşiş və Cənubi Karolina ştatının qanunvericilik məclisinin senatoru Klemend Pinkni həlak olmuşdur.

Ruf törətdiyi cinayəti irqçilik motivləri ilə izah etmişdir. Cinayətkara qarşı ittiham qəsdən adam öldürmə və nifrət zəminində cinayət daxil olmaqla 33 bənddən ibarət idi.