Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xaricdə təhsil alan tələbələrin akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbir keçirilib

17 Dekabr 2016
Dekabrın 17-də “ADA” Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi dayanıqlı inkişafın təmini üçün yeni nəsil mütəxəssislərin yetişdirilməsində xarici ölkələrdə təhsil almış gənclərin fəal iştirakının təmin olunmasıdır.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dövlətimizin başçısının şəxsi təşəbbüsü ilə 2007-ci ildə ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması məqsədilə 3.500-dən çox tələbə təqaüdlə dünyanın qabaqcıl universitetlərdə təhsil almaq hüququ qazanıb, 1.470 məzun təhsilini başa vurub. Məzunlar dövlət və özəl sektorlarda müxtəlif vəzifələr tutmaqla yanaşı, ölkənin ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunublar.