Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin növbəti plenar iclası keçirilir

16 Dekabr 2016
Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Gündəliyə 27 məsələ daxildir. Milli Məclisdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihələrinin müzakirəsi gözlənilir.

Plenar iclasda gündəliyə daxil olan digər məsələlərə də münasibət bildiriləcək.