Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar”

20 Noyabr 2016
 

Azərbaycan tolerant ölkədir. Yalnız tolerant münasibətlərin, həyat tərzinin hökm sürdüyü cəmiyyətlərdə multikultural inkişaf mümkündür. Təsadüfi deyil ki, sona çatmaqda olan il ökəmizdə “Multikulturalizm ili” elan edilib.   Azərbaycanın malik olduğu multikultural dəyərlər bu üsulla dünyaya tanıdıldı, örnək göstərildi. Bu, beynəlxalq aləmdə dini, irqi, etnik  ayrı-seçkiliyin, dözümsüzlüyün tüğyan etdiyi dövrdə çox vacibdir.

Ağsuda Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA-nın Dilçilik İnstitutunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə kütləvi tədbir keçirildi.

  Heydər Əliyev Mərkəzində  toplanan rayon ictimaiyyəti və qonaqlar Beynəlxalq Tolerantlıq Günü münasibətilə dünyaya çağırış edərək Azərbaycan modelindən, təcrübəsindən yararlanmağı tövsiyə etdilər. Çıxış edənlər  dünyada baş verən müharibələrin və zorakılıqların əsas səbəblərindən biri kimi siyasi, dini, irqi, milli dözümsüzlüyü göstərdilər.  Dünya birliyini sülhə, tolerantlığa çağıran tədbir iştirakçıları bəşəriyyətin, sivilizasiyanın məhv edilməməsi naminə dövlətlər, millətlər, dinlər, ümumiyyətlə, insanlar arasında multikultural, tolerant münasibətlərin bərqərar olmasının zəruriliyini söylədilər. Azərbaycan xalqı bunu öz məşhur nəğməsində də müdrikcəsinə ifadə edib: “Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar”.

 

Şahbaba QƏNBƏROV,

Ağsu rayonu