Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 399

09 Oktyabr 2016
 

N 399                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 3, maddə 213; 2008, N 2, maddə 108, N 6, maddə 581; 2015, N 7, maddə 874; 2016, N 6, maddə 1219) ilə təsdiq edilmiş “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”na əlavə -“Tibbi sığorta müqaviləsi”ndə “xüsusi razılığı (lisenziyası)” sözləri “lisenziyası” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 2, maddə 187; 2008, N 2, maddələr 123, 130; 2015, N 2, maddə 242; 2016, N 3, maddələr 588, 601, 606) ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 10-cu hissəsindən “(xüsusi razılığı)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 2, maddə 192, N 5, maddə 461; 2008, N 1, maddə 39; 2009, N 1, maddə 22; 2016, N 3, maddə 614) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nın 1.4-cü bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 7, maddə 703) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nın 4.4-cü bəndində “xüsusi razılığı (lisenziya)” sözləri “lisenziyası” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 1, maddə 58; 2012, N 1, maddə 34, N 10, maddə 1007; 2014, N 10, maddə 1329; 2015, N 12, maddə 1562; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarı) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.5-2-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 12, maddə 1257; 2014, N 4, maddə 444, N 6, maddə 747) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 1.2.1-ci yarımbəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri