Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

28 Avgust 2016
 

Qərar № 15/66

 

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupu tərəfindən Əkbərli Əli Zeyni oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və onun təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin məşvərətçi səs hüquqlu üzv qismində təsdiq edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 21-ci, 28.2-ci, 28.4-cü və 126-cı maddələrinə əsasən qərara alır:

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) Əkbərli Əli Zeyni oğlu “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

27.08.2016-cı il