08 Noyabr 2025 09:05
2627
Mədəniyyət
A- A+
Zəfərlərin mübarəkdir, Azərbaycan! 

Zəfərlərin mübarəkdir, Azərbaycan! 


Min illərdir yol gəlirsən. 

Bu yollarda gör nə qədər 

Hünər, zəfər, qüssə, kədər, 

Yaxşı, yaman, daha nələr… 

Sən görmüsən, Azərbaycan! 

Sinə gərib hər möhnətə, 

hər zülmə, zəlalətə 

Kərpic-kərpic, yarpaq-yarpaq 

Boy atmısan, yüksəlmisən. 

Arzuların indi sənin 

çin olubdur. 

Bu arzular Günəş nurlu 

Əməllərlə yoğrulubdur.

İndi sənin öz səsin var, 

öz sözün var. 

Ay-ulduzlu bayrağın da 

dalğalanır 

Neçə-neçə ölkələrin, dövlətlərin 

Bayraqları sırasında. 

Öz qüruru, öz vüqarı, əzəməti 

vardır onun 

Dalğalanan bu bayraqlar 

arasında. 

Göy Xəzərin sahilində 

Başı dəyir, əli çatır 

Karvan-karvan ötüb keçən 

buludlara. 

Ucalıqda tayı yoxdur, 

Çata bilmir dünyadakı 

Bayraqların biri ona. 

Bu bayrağı zirvələrdən 

zirvələrə, 

Zəfərlərdən zəfərlərə 

Qaldıraraq, apararaq 

Zirvələri fəth eləyən 

Gör nə qədər igidlərin, 

ərənlərin 

Vardır sənin, Azərbaycan!

 Hamımıza əzizdən də 

əziz olan 

Doğma Bakı gündən-günə, 

aydan-aya, 

ildən-ilə 

Gör necə də gözəlləşir! 

Hara getsən, hara baxsan, 

Hər tərəfi naxış-naxış 

Xalça kimi toxunubdur 

gül-çiçəkdən. 

Göz də doymur gözoxşayan 

Belə ülvi gözəllikdən. 

Binaları sıra-sıra, 

qatar-qatar…

 Əl uzatsa, ulduzlara 

əli çatar. 

Gündüzləri al-əlvandır 

bahar kimi. 

Gecələri çıraqbandır, 

işıqlıdır 

səhər kimi. 

Küçələri aşıb-daşır 

gur çay kimi. 

Uzaq, yaxın qitələrdən, 

ölkələrdən 

Gələnləri heyran edir 

bu mənzərə. 

Onlar deyir: "Biz vurulduq 

Mavi Xəzər qoynundakı 

bu şəhərə". 

Bəli, bəli, hər tərəfdə 

bir yüksəliş, 

bir tərəqqi. 

Bu yüksəliş aşıb-keçib 

Yerlə göyün arasında 

olan həddi. 

Bu gün artıq böyük-böyük 

Ölkələrin arasında 

Kosmosda da öz yerimiz, 

peykimiz var. 

İllər ilə görülən iş, 

salınan bağ 

İndi artıq yetirir bar. 

Naqislərin, nakəslərin, 

Çörək vurmuş qonşuların 

Tapdağından azad olan 

Qarabağda, Zəngəzurda 

Hər şəhərdə, hər bir kənddə - 

Bir söz ilə, hər tərəfdə 

Bir canlanma, tərəqqi var. 

Bir tərəfdə yol çəkilir, 

Bir tərəfdə bağ salınır, 

gül əkilir. 

Bir tərəfdə uca dağlar 

qazılaraq 

Uzaq yolu yaxın edən - 

Uzanaraq keçib gedən 

Gur işıqlı tunelləri 

Çəkir sənin ərənlərin. 

Hələ, hələ mən demirəm 

O qanadlı uçaqların 

Həm endiyi, həm qalxdığı 

limanları, 

Ondan sonra gələnləri… 

Bax, beləcə abadlaşır, 

gözəlləşir 

Ana torpaq Qarabağım - 

Damarımda axan qanım! 

Bu gün yoxdur pərən düşən 

əsir-yesir 

Qaçqınımız, köçkünümüz. 

Onlar indi dəstə-dəstə 

köç edirlər 

Öz yurduna-yuvasına, 

Öz elinə-obasına - 

Yaraşıqlı, gur işıqlı, 

aynabəndli evlərinə. 

Dünəninə, bu gününə 

nəzər salıb 

Oğlun, qızın fərəhlənir, 

dost sevinir. 

Hər birinin sinəsində 

çırpınaraq 

Pöhrələnən neçə-neçə 

arzu, istək, 

dilək dinir. 

Qaranlığa işıq saçan 

Xoş, mehriban gözlər gülür. 

Sevincindən dilə gələn 

Milyon-milyon ürəklər də 

belə deyir: 

- Zəfərlərin mübarəkdir, Azərbaycan!


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub 

14:41
14 Mart

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur  

14:19
14 Mart

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

14:07
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!